Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular - Polis ifşa etdi - FOTO - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
DİN-dən Avtosfer.az-a bildirilib ki, əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri – əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər.
Qeyd edək ki, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən cəmi 56 kiloqram narkotik vasitə çıxarılıb.
Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ











