“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - YENİLƏNİB

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.
Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.
***13:55
Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib.
"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub.
***12:45
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ










