Starex.az-dan məhsul götürməyə getdi, qapıda "İcarəyə verilir" yazısını gördü

Vətəndaşlardan biri Starex.az karqo şirkətinin iindən narazılıq edib. Avtosfer.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Müştəri deyir ki, Starex.az şirkətinin Türkiyə anbarına iyunun 17-də sifariş verdiyi məhsul daxil olub. Həmin tarixdən 18 gün keçdikdən sonra məhsulun ölkəyə gəldiyi barəsində məlumat mesajı daxil olub. Müştəri bağlamanı 28 May filialından götürmək istədiyi zaman filialın qapısına "İcarəyə verilir" sözləri yazıldığını görüb. Dəfələrlə şirkətlə əlaqə saxlamağa çalışsa da avtooperator növbədə 30-cu şəxs olduğunu bildirib.
“Boynundan hündürə tullanmağa çalışanda, axırı belə olur. Giriblər bacarmadıqları işin altına, nə sifariş vaxtında çatdırılır, nə də operator sayları müştərilərə adekvatdır” deyə müştəri narazılığını ifadə edib.
Şirkətin mövqeyini öyrənmək üçün əlaqə saxlamağa çalışsaq da bizim də növbədə sıramız 25-dən aşağı düşmədi və “Şopen”nin bəstəsinə qulaq asmalı olduq.
Fərid













