Banner

Subbakalavrların qeydiyyatı başlayıb - VİDEO

Xəbərlər 12 May 2022 22:17 Oxunub 1454
Subbakalavrların qeydiyyatı başlayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb. 

Avtosfer.az-ın məlumatına görə, bu məqsədlə namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında "Şəxsi kabinet" yaradıb, müvafiq formanı təsdiq etməlidirlər. Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisinə avtomatik elektron sorğu göndəriləcək. Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, yerləşdirilmə zamanı üstünlük abituriyentlərə verilir. Eyni yerə iddia edən 2 və daha çox subbakalavrların təhsil göstəriciləri nəzərə alınır. Əgər göstəricilər eynidirsə, bu zaman attestat qiymətləri əsas götürülür.  İxtisas seçimi zamanı bəzi məhdudiyyətlər nəzərdə tutulub.  Qeyd edək ki, elektron ərizə qəbulu iyulun 1-dək davam edəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh