Banner

Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Xəbərlər 6 Fevral 2024 16:14 Oxunub 910
Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.

Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:

“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb. Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”.

12:50

Sumqayıt şəhərində məişət tullantıları antisanitar vəziyyət yaradıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Belə ki, şəhərin 20 Yanvar küçəsində zibil qalaqları həm ətrafa yayılıb, həm də sakinlərin narahatlığına səbəb olub.

Görüntüləri olduğu kimi təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh