Sumqayıt-Pirşağı-Bakı qatarlarının hərəkəti tam bərpa olunub - YENİLƏNİB

Sumqayıt-Pirşağı-Bakı istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq “Azərişıq” ASC tərəfindən aradan qaldırılıb.
***
Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.
"Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib", - qurum vurğulayıb.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











