Sumqayıt sakinlərinin yol problemi: Qurum məsələyə aydınlıq gətirdi - VİDEO

Xəbərlər 17 Mart 2021 11:10 Oxunub 2854
Sumqayıt sakinlərinin yol problemi: Qurum məsələyə aydınlıq gətirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərində yerləşən yeni qəbiristanlığın yolu bərbad vəziyyətdədir. Bu barədə şəhər sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb. Bildirilib ki, qəbiristanlığın girişindəki bərbad vəziyyətdə olan yol təmir olunmur.

Məsələ barədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Vətəndaşlara xidmət idarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, qeyd olunan ərazisinin bir hissəsi Sumqayıt şəhərinin yeni salınmış qəbiristanlığına aiddir:

“Yeni salınmış şəhər qəbiristanlığınının əsas giriş hissəsinə artıq yol çəkilib və asfalt örtüyü döşənilib. Qeyd olunan ərazidə isə avtomobillərin hərəkəti məhdudlaşdırılıb”. 

“Sözügedən ərazidə avtomobillərin hərəkəti nəzərdə tutulmayıb. Buna baxmayaraq hazırda həmin ərazidə ziyarətçilərin rahat hərəkətinin təmin olunması, piyada yolunun salınması üçün zəruri addımlar atılır”, - deyə qurumdan qeyd edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh