Sumqayıtda baş mühəndisin əhaliyə göndərdiyi bildiriş səs-küyə səbəb oldu - VİDEO

Sumqayıt şəhərində İnşaatçılar qəsəbəsinin "Beton zavod" adlanan ərazisində yaşayan sakinlərə evlərini qısa vaxt ərzində tərk etmələri üçün bildirişlər göndərilib.
Bildirişdə “qanunsuz zəbt edilmiş ərazini qısa müddətdə boşaldın” yazılır.
Bir neçə gün bundan əvvəl göndərilən bildirişlər sakinləri təşvişə salıb. Bəziləri isə bunun yanlış məlumat olduğunu deyirlər.
Məsələ ilə bağlı Azərenerji ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsindən bildirilib ki, "Beton zavod" deyilən ərazidə yaşayan sakinlərin heç biri evindən çıxarılmayacaq və belə bir plan yoxdur:
“Hazırda həmin ərazidə köhnə xətlərin yenisi ilə əvəzlənməsi prosesi gedir. Bu iş ona görə həyata keçirilir ki, köhnə xətlər qırılıb sakinlərin həyatı üçün təhlükə yaratmasın. Digər tərəfdən, həmin ərazidə əvvəldən yaşayan sakinlərin heç biri mənzilindən çıxarılmır. Amma yüksək gərginlikli elektrik xətlərinin altında bundan sonra ev tikilməsinə icazə verilməyəcək”.
Şəbəkədən o da bildirildi ki, vətəndaşlara verilən bildirişlər baş mühəndis tərəfindən tərtib edilib.
Bildirişdə qeyd olunanlar yalnız həmin ərazidə yüksək gərginlikli elektrik xətlərinin altında yeni tikilmiş və tikilməkdə olan evlər üçün nəzərdə tutulub. Bildirişlərin köhnə mənzillərə verilməsində isə səhvlik olub.
Daha ətraflı süjetdə:
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı











