Banner

Sumqayıtda QORXUNC OLAY : beton plitə yaşayış evinin üstünə düşüb - VİDEO

Xəbərlər 12 Oktyabr 2021 15:04 Oxunub 1094
Sumqayıtda QORXUNC OLAY : beton plitə yaşayış evinin üstünə düşüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda beton plitə yaşayış evinin üstünə düşüb. Hadisə zavodlardan birinin ərazisində qeydə alınıb. Evə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
 
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, Sumqayıtda beton plitə yaşayış evinin üstünə düşüb. Hadisə "Xəzri" yaşayış massivində, Kompressor zavodunun ərazisindəki evlərdən birində qeydə alınıb.

Zərərçəkmişlər bildirirlər ki, hadisə gecə saatlarında baş verib. Həmin vaxt onlar yatan vəziyyətdə olublar. Xoşbəxtlikdən ağır peton layı evin içinə düşməyib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin 1 saylı ərazi üzrə icra nümayəndəliyindən bildirilib ki, sözügedən əraziyə artıq baxış keçirilib. "Fövqəladə Hallar Komissiyasının üzvləri gedib yerində baxıb, qiymət veriblər. Sakinlərə burada yaşamalarının təhlükəli olması barədə bildirişlər də paylanıb. Şəhər rəhbərliyi də həmin ailələrin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirəcək",- deyə nümayəndəlikdən bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh