Banner

Sumqayıtda tanışı 25 yaşlı qızı boğaraq öldürdü - RƏSMİ

Xəbərlər 13 May 2022 10:58 Oxunub 918
Sumqayıtda tanışı 25 yaşlı qızı boğaraq öldürdü - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt Şəhər Prokurorluğu şəhər ərazisində baş vermiş qadının qətli ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan Avtosfer.az-a daxil olan açıqlamada deyilir:

"Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh