Suraxanıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Əli Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin aşkar edilib. Əlavə olaraq həmin şəxsdən Suraxanı rayonu ərazisində yerləşən qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silah da aşkar edilərək götürülüb. Ə. Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 33-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











