Suraxanıda su təchizatının vəziyyəti - FOTO - VİDEO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Suraxanı Rayon Sukanal İdarəsi rayon ərazisində içməli su təchizatı və kanalizasiya şəbəkəsinə dair işləri icra edir.
Avtosfer.az xəbər verir ki, müntəzəm fəaliyyət nəticəsində əhali dayanıqlı və keyfiyyətli su ilə təmin edilir.
Suraxanı rayon Sukanal İdarəsinin xidməti ərazisinə 5 mənbədən su daxil olur. Bunlar 41 Şərq su anbarı, 82 Şərq su anbarı, Qaraçuxur su anbarı, Ceyranbatan-Qala-Pirallahı su kəməri və Maştağa su xəttidir. Rayon ərazisində 15 ədəd müxtəlif diametrli giriş və çıxış xətləri mövcuddur. Suraxanı rayonu üzrə əhalinin su təchizatı 98 faiz təşkil edir.
Abonentlərin 48 faizi, yəni 145.282 nəfərdən çox sakin sutka ərzində fasiləsiz su ilə, 58 faiz əhali isə ən azı 6 saat olmaqla gündəlik qrafikli rejimlə su ilə təmin edilir.
Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi Nəriman İsmayılov diqqətə çatdırıb ki, ərazidə 496 kilometr məhəllədaxili içməli su xətləri və 116 kilometr magistral su kəmərləri mövcuddur. Həmçinin o bildirib ki, rayon sukanal idarəsi ərazisində 22 nasos stansiyası, 23 su anbarı fəaliyyət göstərir. Həmin nasos stansiyalarından biri də Yeni Günəşli qəsəbəsi V massivində yerləşir və 5500 abonenti 24 saat fasiləsiz su ilə təmin edir.
Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən vaxtaşırı şəhərin müxtəlif ərazilərində baş verən su və kanalizasiya qəzaları operativ şəkildə idarənin texnikaları və işçi qüvvəsi vasitəsilə aradan qaldırılır. Görülən işlər çərçivəsində məhəllədaxili və küçələrdə primitiv şəkildə çəkilmiş kanalizasiya boruları yeniləri ilə əvəz olunur. Ümumilikdə ötən il ərzində su şəbəkəsi üzrə 3103, kanalizasiya şəbəkəsi üzrə isə 6428 qəza aradan qaldırılıb, 3.7 kilometr yeni su xətti və 1.2 kilometr yeni kanalizasiya xətti çəkilib. Kanalizasiya şəbəkəsi üzrə 17 kilometrdən artıq xətt xüsusi təyinatlı maşınla yuyularaq təmizlənib, 1458 abonent sayğacla təmin edilib ki, bununla da sayğaclı abonentlərin sayı 84.214-ə çatıb. Bundan başqa ötən il ərzində 45 ədəd çoxmərtəbəli yaşayış binasının zirzəmisində 800 metrə yaxın kanalizasiya xətləri dəyişdirilərək əsaslı təmir olunub.
Qeyd edək ki, Suraxanı Rayon Sukanal İdarəsi rayon üzrə 300.000 nəfərdən artıq əhali olmaqla 662 kilometrə yaxın su və 276 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinə xidmət göstərir.




Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










