Banner

Surət Hüseynov İstanbulda özəl xəstəxanaya köçürüldü - FOTO

Xəbərlər 31 İyul 2023 18:40 Oxunub 1358
Surət Hüseynov İstanbulda özəl xəstəxanaya köçürüldü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.

Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən aeroportda infarkt keçirib, ürəyi dayanıb.

İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, angioqrafiya (anju) olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.

Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb. (APA)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh