Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu - FOTO

Suriya hökuməti İran və İsrail vətəndaşlarının Dəməşqə uçuşuna qadağa tətbiq edib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Türk Hava Yolları (THY) rəsmi internet saytında paylaşım edib.
Məlumata görə, Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Bu səbəbdən də İsrail və İran vətəndaşlarının Türk Hava Yollarının təyyarələrində Suriyaya uçuşu mümkün olmayacaq.
Paylaşımda həmçinin bildirilib ki, bu iki ölkə istisna olmaqla, digər bütün ölkələrin vətəndaşları Suriyaya giriş edə bilərlər.
"Suriya vətəndaşlarının Suriya əsilli olduğunu təsdiq edən sənədin təqdim edilməsi kifayətdir. Livan vətəndaşları ana-atalarının Suriya vətəndaşı olduğu və ya başqa bir ölkədə yaşayış hüququ, yaxud vizaları olduğu təqdirdə ölkəyə giriş edə bilərlər. Mətbuat mənsublarına xüsusi icazə verilir", - deyə qeyd edilir.
Xatırladaq ki, daha əvvəl THY-nin baş direktoru Bilal Ekşi Suriyanın paytaxtı Dəməşqə uçuşların yanvarın 23-də başlayacağını açıqlamışdı.

Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










