Banner

Sürücüdən yol polisinə ŞOK sözlər: “İçmişəm, çəkmişəm, məni həbs edin”

Xəbərlər 11 Avqust 2023 12:29 Oxunub 1812
Sürücüdən yol polisinə ŞOK sözlər:  “İçmişəm, çəkmişəm, məni həbs edin”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəribə hadisə Fransanın gözdən uzaq Düranvil şəhərində baş verib. 
Avtosfer.az-ın xəbərinə görə, axşam saatlarında yol kənarında dayanmış polis avtomobilinin arxasında heç bir göstəriş verilmədən bir maşın dayanır. 
Sürücü jandarmları salamlayır və keçib polis avtomobilinin qabaq oturacağında əyləşir. Jandarmlar nəsə kömək lazım olduğunu soruşduqda sürücü sakit tərzdə deyir: içmişəm, çəkmişəm, məni həbs edin. 
Jandarmlardan biri sürücünü tanıyır. Bu, 3 ay əvvəl sərxoş vəziyyətdə idarəetməyə görə 375 avro cərimə yazdığı sürücü idi. Onlar kəskin şərab qoxusu gəldiyi üçün sürücünü polis idarəsinə aparırlar. Sürücü yenə də tam mədəni şəkildə razı olur. 
Lakin yolda hər şey dəyişir. Sürücü sanki səhvini anlamış kimi avtomobildə qanun keşikçilərini söyür, dava salır. Onu sakitləşdirmək üçün əlavə qüvvə cəlb olunur. 
Bölmədə məlum olur ki, sürücü həqiqəti söyləyib. Lakin vəziyyət ağırdır. Əgər o təkcə narkotikdən istifadə edərək avtomobil idarə etməkdə ittihal olunarsa 2 il həbs, 6 bal və 4500 avro cərimə ilə yaxasını qurtara bilərdi. İndi isə hakimiyyət nümayəndəsini təhqir etməyə görə 1 il həbs və 15 000 avro cərimə ödəməli olacaq. Məhkəmə 2024-cü ilin fevralına təyin edilib.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh