SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu küçədə təmir işləri aparılır - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir. Təmir işləri hazırda sözgedən küçənin “Qələbə dairəsi”-dən Əsəd Əhmədov küçəsi istiqamətində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Aparılan işlər çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ərazi asfaltlanma üçün hazır vəziiyətə gətirilib. “İnşaat Norma və Qaydaları”na əsasən hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO






















