SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yol bağlanır

Xəbərlər 4 Sentyabr 2024 13:55 Oxunub 136
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ:  Bu yol bağlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda daha bir yol təmirə bağlanır.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə” dairəsindən “20 Yanvar” dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh