Banner

Sürücüləri sınağa çəkən "gözəgörünməzlər": Paytaxt yollarında təhlükə artdı - VİDEO

Xəbərlər 7 Sentyabr 2025 10:34 Oxunub 480
Sürücüləri sınağa çəkən "gözəgörünməzlər":  Paytaxt yollarında təhlükə artdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın bəzi ərazilərində yol nişanlarının sürücülər tərəfindən görünməsi çətinlik yaradır.

Buna səbəb ağacların budaqlarının yol nişanlarının qarşısını örtməsidir. Digər bir səbəb isə yol nişanlarının vətəndaşlar tərəfindən zədələnməsi və görünməz hala gətirilməsidir.

Sürücülər bildirirlər ki, bu hallar onların hərəkətinə problem yaradır və nişanların görülə bilməməsi təhlükəli vəziyyətlərə səbəb ola bilər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, ağacların yol nişanlarının qarşısını kəsdiyi hallar mütəmadi olaraq aşkarlanır və həmin ünvandakı ağaclar kəsilir.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh