Banner

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılıb

Xəbərlər 26 İyun 2021 12:24 Oxunub 3044
Sürücülərin DİQQƏTİNƏ:  Bu yolda hərəkət məhdudlaşdırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən Avtosfer.az-a daxil olan müraciətdə deyilir:

"Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh