Banner

Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - VİDEO

Xəbərlər 26 İyul 2022 11:18 Oxunub 952
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayon ərazisindən Sumqayıta daxil olarkən istifadə edilən körpüdə böyük dəlik əmələ gəlib. Körpünü altı boş olduğu üçün dəlik sürətlə böyüyəcək və sürücülər üçün  təhlükə yaradacaq. Təhlükənin miqyasını artıran başqa bir məqam isə körpünün altından dəmir yolu xəttinin keçməsidir.

Buradan Sumqayıta və ya əks intiqamətdə həm minlərlə avtomobil istifadə edir, həm də körpünü alt hissəsindən dəmir yolu xətti keçir. Hazırda körpü istifadə edənlər üçün əsil təhlükə mənbəyidir.

Şəhər daxili yollara və o istiqamətdə olan bütün körpülərə Sumqayıt şəhər İcra Hakimiyyəti nəzarət edir. Mövcud məsələ ilə bağlı icra hakimiyyətindən bildirildi ki, körpüdəki vəziyyətin araşdırılması və tədbirlərin görülməsi üçün aidiyyəti üzrə təcili tədbirlər görüləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh