Banner

Sürücülərin NƏZƏRİNƏ: Daha bir yol "Formula-1"ə görə bağlanır

Xəbərlər 24 Avqust 2024 13:55
Sürücülərin NƏZƏRİNƏ:  Daha bir yol "Formula-1"ə görə bağlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsinin yarışlar bitənədək bağlı olacağı məlumatı yayılıb.

Oxunub 4324
ŞƏRH YAZ
Ad

E-mail

Şərh