Banner

Sürücülərin və sərnişinlərin işlərini çətinləşdirən yol - VİDEO

Xəbərlər 31 May 2025 22:56 Oxunub 444
Sürücülərin və sərnişinlərin işlərini çətinləşdirən yol - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Biləcəri ərazisində hərəkətin axınına təsir edən amillərdən danışılıb.

Bildirilib ki, sözügedən ərazidən gələn nəqliyyat vasitələri avtobus zolağı ilə üz-üzə qalır və burada 1.11 nişanlanma xətti olmadığından nəqliyyat vasitələri dairədən daxil olan avtobusların qarşısını kəsir. Bu isə hərəkətin axınına ciddi təsir edir.

Vurğulanıb ki, köməkçi yolda olan dayanacaq pavilyonu istifadədən kənar qalıb. Burada sərnişinlərin dayanıb avtobus gözləmələri üçün hər bir şərait yaradılsa da, təyinatına uyğun istifadə olunmur. Sərnişinlər avtobusu yolun əsas hissəsində gözləyirlər: "Şərait olduğu halda avtobusların buraya girişinə heç bir məcburiyyət yoxdur. Vətəndaşlar avtobusa tez minsinlər deyə açıq ərazidə dayanırlar".

Əlavə olunub ki, avtobus zolağının həmin hissədən silinib köməkçi yolun çıxışından salınması vəziyyəti yüngülləşdirə bilər. Əks halda, Biləcəridən gələn nəqliyyat axını avtobusların zolağa girişini çətinləşdirəcək.

Ətraflı süjetdə:
 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh