
Bu yolda hərəkət məhdudlaşdırılır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Xəbərlər
31 Yanvar 2025 10:11
Oxunub 278

1 fevral saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Avtosfer.az-a AAYDA-dan məlumat verilib.
Bildirilir ki, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - agentlik qeyd edib.
ŞƏRH YAZ