Reklam

Sürüşmə təhlükəsi olan Dairəvi yolda vəziyyət necədir? - DYP-dən AÇIQLAMA - FOTO - VİDEO - YENİLƏNİB

Xəbərlər 29 Oktyabr 2024 15:08 Oxunub 560
Sürüşmə təhlükəsi olan Dairəvi yolda vəziyyət necədir? - DYP-dən AÇIQLAMA  - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol polisi sürüşmə baş verən Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində hərəkətin nizamlanması üçün işlər aparır.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda həmin yolda "Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən yolda təhlükənin qarşısı alınır və hərəkətin nizamlanması üçün işlər görülür.

***

"Bakı Kənar Dairəvi Yolunun sol tərəfində, yamacın yuxarı hissəsində mövcud karnizşəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.

"Hazırda müvafiq qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür", - deyə Ə.Əliyev vurğulayıb.

***

Dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.

Hazırda yoldakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev bildirdi ki, ərazidə vəziyyət nəzarət altındadır və hazırda tıxac yoxdur: “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların nümayəndələri ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib. Ərazidə hazırda hər hansı təhlükə gözlənilmir. Həmçinin, yolda tıxac yoxdur”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh