Banner

Şuşada xeyli silah-sursat aşkarlanıb - FOTO - VİDEO

Xəbərlər 20 May 2022 13:38 Oxunub 1384
Şuşada xeyli silah-sursat aşkarlanıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyatı qurumlar tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh