Şuşadan son 1 ildə nə qədər silah-sursat tapılıb? - RƏSMİ STATİSTİKA - FOTO
Xəbərlər
8 Noyabr 2021 10:53
Oxunub 1238

Vətən müharibəsindən sonra ötən bir il ərzində Şuşada xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa Şuşa rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
















