Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO

Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız xaricindədirsə, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.
Avtosfer.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, bu zaman abonent İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və abonent kodunu təqdim etməlidir.
1. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır.
2. Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır”,-məlumatda bildirilib.
Bundan başqa, xüsusilə diqqətə çatdırılıb ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır.
Məlumatda bildirilib ki, borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









