Banner

Suyun tapılmayan vaxtı Lökbatanda boru fontan vurdu - FOTO - VİDEO

Xəbərlər 22 Avqust 2024 11:20 Oxunub 420
Suyun tapılmayan vaxtı Lökbatanda boru fontan vurdu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusu partlayıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, hadisə ötən gün günorta saatlarında baş verib.

"Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 139 nömrəli məktəbin yaxınlığında su xəttində qəza baş verməsi ilə bağlı müvafiq Sukanal İdarəsinin qəza briqadasına anındaca məlumat daxil olub. Qəza xidməti 15 dəqiqə ərzində qəzanı aradan qaldırıb", - deyə açıqlamada bildirilir.

(oxu.az)

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh