Taksi sürücüləri avtovağzalda sıxlıq yaratdılar - AYNA səbəbi AÇIQLADI - VİDEO

Bakıda minik avtomobilləri ilə taksi fəaliyyətinə limit tətbiqi barədə qərardan sonra sürücülər Bakı Beynəlxalq Avtovağzalına axın ediblər. Bu isə buraxılış vərəqəsi almaq üçün texniki baxış müayinəsi zamanı avtovağzalda uzun növbələrin yaranması ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, sürücülər ATV-yə açıqlamalarında prosesin ləngliyi səbəbindən səhərə qədər növbədə gözləməklərinə baxmayaraq, xidmətdən yararlana bilmədiklərini deyiblər.
“Növbədə 500-600 nəfər adam var, gecə saat 4-5-in yarısına qədər gözləmişik. Günə 20 nəfər qeydiyyatdan keçir. Dekabrın 31-i də son gündür. Artıq 1 həftəyə yaxındır ki, hər gün gəlib-gedirəm”, - vətəndaşlar söyləyiblər.
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, bura axın edən sürücülər texniki baxış müayinəsi üçün gələnlərdir: “Son həftə ərzində taksi minik avtomobillərində sərnişin daşınmalarına müvafiq icazələrin alınması üçün müraciətlərin sayında kəskin artım var. Prosedur qaydalar çərçivəsində gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri narkoloji test müayinəsidir. Bu müayinədən təkcə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində keçmək vacib deyil. Paytaxtda müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək mümkündür”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə qeyd edilib ki, texniki baxış müayinəsi yalnız avtovağzalla məhdudlaşmır: “Hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı adiyyəti üzrə qeydiyyatdan keçmiş texniki təmir sahələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər”.
Daha ətraflı videomaterialda:
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










