Banner

Taksi sürücüləri mütləq oxusun - DİQQƏT! - EKSPERTLƏR AÇIQLADI

Xəbərlər 21 Dekabr 2023 19:25 Oxunub 930
Taksi sürücüləri mütləq oxusun - DİQQƏT! - EKSPERTLƏR AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda vətəndaşlar bəzi hallarda taksi sürücülərindən narazılıq edir. Avtomobili spirtli içki və narkotik vasitənin təsiri altında altında idarə edən, sərnişinlərə əxlaqsız təkliflər edən sürücülərin bu fəaliyyətlə məşğul olduğu da bildirilir. Azərbaycanda taksi xidməti necə tənzimlənir? Taksi sürücüsü işləmək üçün hansısa lisenziya tələb olunurmu? SİA mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspertlərin fikirlərini alıb.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, pandemiya dönəmində qeyri-qanuni sərnişindaşıma taksi fəaliyyətində də aktivlik müşahidə olunmuşdu: "Bunun da fərqli fəsadları oldu. Fəsad həm də dempinqlə bağlı idi. Süni şəkildə qiymətin aşağı düşməsi keyfiyyətin aşağı düşməsinə gətirib çıxardı. Bu həm sürücülər həm də sərnişinlər arasında narazılıqlar yaratdı. Sürücülərin bir çoxunda mənfi hallar müşahidə olundu. Hətta narkotikdən istifadə edənlər, özünü qeyri-etik aparanlar da olmuşdu. Bu hallar mediada da işıqlandırılmışdı. Bununla bağlı sentyabrda Nazirlər Kabinetinin bir qərarı çıxmışdı ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi keyfiyyət parametrləri müəyyən etsin 4 ay ərzində bunu icra etsin.

Ekspert qeyd edib ki, AYNA öz növbəsində sürücülər üçün təlimlər keçirir: "Bir çox mənfi halları aradan qaldırmaq, yeni texnologiyalarla işləmə bacarığını təşkil etmək, bir sözlə keyfiyyətin artırılması üçün istiqamətində təlimlər keçirilir. Həmçinin sürücülük vərdişlərinin təkrarlanması yaxud öyrədilməsi mənasında da bu təlimlərdə müəyyən yerlər ayrılıb. Bundan sonrakı məqamda təlimdən alınmış sertifikat əsasında AYNA-nın elektron sistemi vasitəsilə müvafiq icazələr alınır və bu icazələr 7 illik taksi fəaliyyətində işləməyə səbəb olurdu. Bu təlimlər artıq keçirilir. Amma sırf sərtləşdirilmiş qaydaların icrası düşünürəm ki, yanvarın 1- dən qüvvəyə minəcək. Bu da birbaşa həm bugünkü taksi bazarında ümumi saya də təsir edəcək və keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq. Artıq taksi sürücüləri təlimlərə müraciət edir və bundan sonrakı mərhələ onların sertifikat almasıdır. Bu da yekun olaraq keyfiyyətin artırılmasına kömək edəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, taksi sürücüləri arasında neqativ hərəkətlərlə diqqət çəkən insanlar da var: "Qadınlara sataşanlar, əxlaqsız təkliflər edənlər, spirtli içkinin, narkotik vasitənin təsiri altında sükan arxasında oturanlar var. Yolu tanımadan bu fəaliyyətlə məşğul olanlar var. Ona görə narazılıqlar çoxaldı deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təkliflər irəli sürüldü ki, taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Bu qaydalar artıq təsdiqlənib".

Ekspert qeyd edib ki, taksi sürücüləri mütləq tibbi müayinədən keçməli, təhsil almalı, müvafiq sertifikat əldə etməlidirlər: "Sürücülər buraxılış kartı, buraxılış vərəqəsi, eyni zamanda fərqlənmə nişanı əldə etdikdən sonra taksi fəaliyyət göstərə bilərlər. Bir növ onların üzərində nəzarət formalaşır və getdikcə günün tələblərinə uyğun, daha ciddi nəzarət mexanizmləri tətbiq oluna bilər. Düşünürəm ki, yanvar ayından bu proses başlayacaq və dediyimiz bu iyrənc, xoşagəlməz hallar get-gedə aradan qalxacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh