Banner

Taksi sürücüsünün pulunu verməyən sərnişin qapını açıb... - VİDEO

Xəbərlər 22 İyun 2021 12:12 Oxunub 1302
Taksi sürücüsünün pulunu verməyən sərnişin qapını açıb...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kazanda taksi sürücüsünün pulunu vermək istəməyən qadın maşın yolda hərəkətdə olarkən tullanmağa cəhd edib. 
Avtosfer.az bildirir ki, sifarişlə gələn taksi sərnişini getmək istədiyi yerə çatdırsa da pulunu ala bilməyib. Beləki, xanım sərnişin  «taksini mən çağırmamışam» deyərək düşüb getmək istəyib. Bundan qəzəblənən taksi sürücüsü onu götürdüyü nöqtəyə geri qaytarmaq qərarına gəlib. Bu zaman xanım qapını açaraq düşməyə çalışıb. Görünür o, bununla sürücünü qorxudacağını düşünüb. Əksinə isə taksi sürücüsü sürətini aşağı salmayaraq yoluna davam edib. Etdiyi əməlin bir işə yaramadığını anlayan xanım yerə düşməməkçün təhlükəsizlik kəmərindən möhkəmcə yapışıb.
Aysel

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh