Taksiyə saxta əskinaslar verənlər ifşa edildi - VİDEO

Paytaxtın Nərimanov rayonu ərazisində taksi sürücülərinə qarşı dələduzluq edilib.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət edərək avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində isə pulun qalığını aldığını bildiriblər. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunazidd əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Nərimanov RPİ-nin 16-cı PŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində inzibati ərazidə yerləşən geyim mağazalarından birində olan seyfdən 2072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov da saxlanılıb. Bu şəxsin törətdiyi oğurluq hadisəsi də geyim mağazasındakı kameralar vasitəsilə qeydə alınıb. H. Mahmudov və Ş.Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində analoji cinayətlər törətmələri istisna edilmir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











