Banner

Tarixi binaların üzərindəki reklam löhvələri sökülür - VİDEO

Xəbərlər 28 Dekabr 2021 23:29 Oxunub 1478
Tarixi binaların üzərindəki reklam löhvələri sökülür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda müxtəlif ərazilərdə 17-20 ci əsrlərdə inşa olunan tarixi binaların fasad və digər hissələrinə vurulan reklam löhvələrinin sökülməsinə başlanılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məqsədlə pilot  layihənin icrasına başlayıb.

Xidmətin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən paytaxtda tarixi abidələrin üzərindəki qanunsuz reklam lövhələri sökülüb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sözlərinə görə, bu işlərin görülməsində məqsəd  tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısını almaq, tarixi abidələri ilkin görkəminə qaytarmaqdır.

Azad Cəfərli bildirib ki, pilot layihə çərçivəsində aparılan monitorinqlər zamanı təkcə tarixi binaların fasad hissələrinə qanunsuz reklam löhvələrinin vurulması halı deyil, digər problemlər də ortaya çıxıb. Əməkdaşlar tərəfindən dərhal həmin problemlər aradan qaldırılıb.

Qurum rəhbəri onu da qeyd edib ki, monitorinqlər təkcə Bakıda yox, bundan sonra regionlarda da davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh