Tbilisidən İstanbul və bir sıra şəhərlərə uçuşlar təxirə salınıb
Xəbərlər
12 Yanvar 2024 13:18
Oxunub 540

Tbilisi Beynəlxalq Hava Limanından İstanbul, Münhen, Riqa və Dubaya reyslər pis hava şəraitinə görə təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, reysləri “Pegasus” və “Türk Hava Yolları” həyata keçirməli idi.
Pis hava şəraiti ötən gün bu hava limanının fəaliyyətində problemlər yaradıb. “Georgian Airways” şirkətinə məxsus Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə duman səbəbindən Tbilisiyə təxminən 4 saat gec enib.
Bundan başqa, İrəvan-Tbilisi reysini həyata keçirən “Air Dilians” şirkətinə məxsus təyyarə İrəvana qayıdıb.
Tehrandan Gürcüstanın paytaxtına uçan “Qeshm Air” şirkətinin təyyarəsi də geri dönməli olub.
Sinoptiklər Gürcüstanda yanvarın 16-dan hava şəraitinin yaxşılaşacağını proqnozlaşdırırlar.
Report
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













