Banner

TƏBİB sədrindən diplomsuz plastik cərrahlarla bağlı - AÇIQLAMA

Xəbərlər 23 Dekabr 2024 12:18 Oxunub 92
TƏBİB sədrindən diplomsuz plastik cərrahlarla bağlı - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov diplomsuz plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.

Avtosfer.az xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“TƏBİB daxilində işə qəbul qaydaları öz daxili prosedur qaydaları ilə tənzimlənir. Biz qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri nəzərə alınır. Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər. Bizim işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır.

Mən ancaq TƏBİB tabeli xəstəxanalarla bağlı suallara cavab verə bilərəm. TƏBİB tabeli xəstəxanalarda baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır. Bununla bağlı TƏBİB tabeliyində ölüm komissiyası fəaliyyət göstərir”, - V. Qurbanov əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh