Təhlükəli sahələrə daxil olmayın - DİN-dən vətəndaşlara MÜRACİƏT
Xəbərlər
9 Mart 2025 16:40
Oxunub 588

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.
“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.
Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













