Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu - Onu ömürlük həbs gözləyir
Xəbərlər
2 Oktyabr 2021 11:32
Oxunub 1018

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılovun Monteneqroda saxlanılmasının səbəbi məlum olub.
Lenta.ru HTB telekanalına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı bir neçə qətlin təşkilatında ittiham olunur. Qeyd olunur ki, söhbət iki iş adamı - Vladimir Savkin və Yuri Brılyovun 11 noyabr 2016-cı il tarixində öldürülməsindən gedir. Rusiyada Telman İsmayılovu ömürlük həbs gözləyir.
Bundan əlavə qeyd olunur ki, iş adamlarının öldürülməsindən başqa, T.İsmayılov müğənni Avraam Russonun 2004-cü ildə qaçırılmasında da ittiham olunur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













