Banner

Temperatur enəcək, yollar buz bağlayacaq - Xəbərdarlıq - YENİLƏNİB

Xəbərlər 25 Fevral 2026 17:06
Temperatur enəcək, yollar buz bağlayacaq - Xəbərdarlıq   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fevralın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daşkəsən, Goranboy, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

***16:11
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Oxunub : 172
ŞƏRH YAZ
Ad

E-mail

Şərh