Təyyarədə qalmaqal: Sərnişinlərin gözü qarşısında ərinə şillə vurdu - VİDEO

Təyyarədə qadın bütün sərnişinlərin gözü qarşısında qalmaqal salan ərinə şillə vurub.
Bununla bağlı kadrları “Metro” yayımlayır.
Nəşrin məlumatına görə, hadisə İngiltərənin Mançester şəhərindən İspaniyanın Tenerife adasına uçan bir laynerin göyərtəsində baş verib. Təyyarə enməyə hazırlaşarkən bir kişi yerindən qalxaraq qışqırmağa başlayıb.
“Hamı sizə yalan danışır! Nə qədər uzun müddət maska taxsanız, bu, o qədər uzun müddət davam edəcək. Çıxarın onları”, - deyə bağırıb.
Ardından arvadı onu sakitləşdirməyə çalışıb, lakin kişi onu “axmaq” adlandırıb. Bunu eşidən qadın onun üzünə bir şillə vurur. Bundan sonra təyyarənin digər sərnişinləri də münaqişəyə qoşularaq, dava salan kişini sakitləşdirməyə və həyat yoldaşlarını ayırmağa çalışıblar.
Aviaşirkət daha sonra hadisəni təsdiqləyib və təyyarə endikdən sonra hüquq mühafizəçilərinin işə qarışdığını bildirib.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi










