Banner

Tibbi maska ilə kamuflyaj olunaraq quldurluq etdi - FOTO - VİDEO

Xəbərlər 20 İyun 2025 17:18 Oxunub 318
Tibbi maska ilə kamuflyaj olunaraq quldurluq etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan cüzdanı ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh