Banner

Tiktoker Xosrov həbs olundu - Avtoxuliqanlığı təbliğ edirmiş

Xəbərlər 2 Sentyabr 2025 22:04 Oxunub 9460
Tiktoker Xosrov həbs olundu - Avtoxuliqanlığı təbliğ edirmiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.

Avtosfer.az xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh