Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mir Heydər İsmayılov iki nəfərin 810 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməktə ittiham edilir.
İş üzrə iki nəfər-Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb.
İttihama görə, Mir Heydər onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib. Zərərçəkmişlər isə aldanıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.
Akademikin oğlu xüsusilə külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə Mir Heydər eyni məhkəmənin hakimi Günel Səmədovanın qərarı ilə ev dustaqlığına buraxılıb.
Fotoda: Tofiq İsmayılov
.jpg)
Hazırda zərərçəkmiş şəxslər sonuncu qərardan narazıdırlar. Onlar hesab edir ki, dəymiş ziyandan heç nə ödənilmədiyi halda təqsirləndirilən şəxsin həbsdən azad edilməsi düzgün deyil. Həmçinin şəxsin istintaqdan yayınma ehtimalı da var.
Ağır cinayətdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasının əsaslarını öyrənmək üçün Səbail Rayon Məhkəməsinə sorğu göndərdik. Məhkəmədən saytımıza belə cavab verildi: “Təqsirləndirilən şəxs İsmayılov Mir Heydər Tofiq oğlunun ziyanı qismən ödəməsi və sağlamlıq vəziyyəti, habelə ürəyinə əməliyyat vasitəsilə cihazın yerləşdirilməsi məhkəmə tərəfindən nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsdən azad edilib”.
Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı qərardan artıq apellyasiya şikayəti də veriblər.
Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI











