Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - FOTOLAR

Xəbərlər 23 Aprel 2026 11:53
Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sürüşmə 6 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda hərəkəti çətinləşdirib.

Yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib. Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb. 

Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil. Hazırda yolun hər iki istiqaməti demək olar ki, istifadəyə yararsız hala düşdüyündən sürücülər həmin hissədən böyük çətinliklə keçirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ərazi nəzarət altındadır. Yaxın günlərdə geoloji araşdırmalar aparıldıqdan sonra bərpa işləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.

 


Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh