Banner

Tovuz qəbiristanlıqlarında oğurluq olub - VİDEO

Xəbərlər 15 Aprel 2023 13:20 Oxunub 890
Tovuz qəbiristanlıqlarında oğurluq olub  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb.

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb.

Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh