Toy karvanında "avtoş"luq edən sürücü polisdən yayınmaq üçün nömrəsini gizlətdi - VİDEO
Xəbərlər
26 İyul 2021 11:41
Oxunub 1760

Toy karvanında iştirak edən “VAZ 2107”nin sürücüsü “avtoşluq” edərək diqqətləri üzərinə çəkib. Avtosfer.az bildirir ki, sürücü etdiyi hərəkətin qanunazid olduğunu bildiyindən nömrə nişanının yerinə mənşəyi bəlli olmayan bir nömrə taxaraq polisdən yayınmağa çalışıb. "Avtoş" sürücü həm yaşayış məntəqəsində sürət həddini aşıb, həm də sağa-sola kəskin manevrlər edərək təkərlərinin səs çıxarmasına səbəb olub. Avtomobili yerində fırladaraq toy karvanının digər üzvlərinə də çətinlik yaradan sürücü görünür ətrafa qorxu saçmaqdan zövq alır.
Aysel
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













