Toylar nə vaxt bərpa olunacaq? - VİDEO
Xəbərlər
14 Yanvar 2021 23:04
Oxunub 7034
Kütləvi peyvəndləmənin aparılacağı xəbəri toy sektorunda canlanmaya səbəb olub. Toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir. Yəni toy sahibləri ən azından mart ayından etibarən toylara icazənin veriləcəyinə böyük ümid bəsləyirlər. Buna görə də, yer tapmaq üçün indidən növbəyə yazılırlar
Toyun qiymətlərinə gəldikdə isə sahibkar Mahir Zeynalov deyir ki, bu, operativ qərargahın qərarından asılı olacaq. Yəni əgər toyda iştirak edəcək şəxslərin sayında ciddi azalmalar olarsa, qiymətlərin qalxması qaçılmazdır
Şadlıq evi işlədən şəxslər onu da bildirdilər ki, artıq yay aylarından etibarən aidiyyatı qurumların nümayındələri gələrək obyektin insan tutumu il bağlı məlumat toplayıblar. Toyda iştirak edəcək qonaqların say məhdudiyyətinin həmin məlumatlar əsasında aparılacağı deyilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR