Tülküləri qəfəsə salan restoran sahibi cəzalandırılacaq - VİDEO

Sosial şəbəkələrdə “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlandığını əks etdirən görüntülər yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov müraciətimizə cavab olaraq bildirilib ki, Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər qurum əməkdaşları tərəfindən yerində araşdırılıb:
“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib. Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.
Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










