Tullantıları daşıyan maşınlar qaydaları kobud şəkildə pozurlar - VİDEO

Göyçay rayon sakinləri narazıdırlar.
Onlar bildiriblər ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri Natəvan küçəsindən keçən hissəsində emal olunmuş nar tullantılarının şirəsi asfalt örtüyünü çirkləndirir:
“Nar tullantıları daşınan zaman daşınma qaydaları kobud şəkildə pozulur. Həmçinin tullantıların tərkibində olan turşular asfalt örtüyünün dağılmasına səbəb olur ki, bu da yol hərəkəti iştirakçılarının magistral yolda qəza törətmələrinə səbəb olur. Həmin küçədə Nizami adına 7 saylı tam orta məktəbi yerləşdiyindən məktəblilər sıx olaraq həmin yoldan istifadə edirlər. Dəfələrlə sakinlərin müraciət etmələrinə baxmayaraq, polis tərəfindən heç bir cəza və profilaktik tədbir görülmür”.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göyçay şəhəri ərazisində yerləşən istehsal müəssisələrindən birinə məxsus tullantıların avtomobillə daşınması zamanı asfalt örtüyünün çirkləndirilməsi, yükdaşıma qaydalarının pozulması və həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində qanuni tədbir görülməməsi ilə bağlı iddialar araşdırılıb:
“Məlum olub ki, qeyd olunan müəssisəyə aid tullantıları daşıyan yük avtomobillərinin sürücüləri barəsində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən son 20 gün ərzində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ( yükdaşıma qaydalarının pozulması ) maddəsi ilə bir neçə protokol tərtib edilib, qanunvericiliyin tələbləri onlara izah olunub. Həmin şəxslər barəsində heç bir tədbir görülməməsi ilə bağlı səsləndirilən fikirlər isə əsassızdır”.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











