Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb - RƏSMİ

Xəbərlər 25 Oktyabr 2024 13:07 Oxunub 236
Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilov bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu rayon prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".

(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh