Banner

Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri davam etdirilir - FOTO - VİDEO

Xəbərlər 21 Avqust 2024 17:37 Oxunub 386
Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri davam etdirilir - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

Hazırda bu çərçivədə təmizlik işləri  “Qələbə" meydanında (Atatürk prospektindən-Vaqif prospekti istiqamətində) yerləşən tunel tipli yol qovşağında aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bardür hissələri xüsusi təyinatlı maşınlar və xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh